Qalib- “Azəraqrartikinti” ASC

İslam İnkişaf Bankının (IDB) “Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi” çərçivəsində Yevlax rayonuna ayırdığı kredit əsasında keçirilən tenderin qalibi  “Azəraqrartikinti” ASC olub.

Məlumata görə, “Azəraqrartikinti” müsabiqəyə ən aşağı qiymətli və texniki cəhətdən tender tələblərinə tam cavab verən təklif təqdim edib. Satınalma müqaviləsinin məbləği isə 27 978 043,15 manatdır.

Qeyd edək ki, layihəyə əsasən kənd infrastrukturunun inkişafı və sudan istifadə edənlər birliklərinə (SİB-lərə) dəstək məqsədi ilə Yevlax rayonunun “Ərəş”, “Havarlı”, “Aydınlıq”, ”Altunsu”, “Qaraməmmədli”, “Qoyunbinəsi”, “Qarabağ”, “Zəm-zəm” və “Salahlı” Sudan İstifadəedənlər Birliklərinin (SİB) ərazində suvarma-drenaj infrastrukturunun təmir-bərpası işlərinin görülməsi nəzərdə tutulub. Layihə Yevlax rayonu ərazisində ümumilikdə 39 849 hektar ərazidə reallaşdırılacaq.

Xatırladaq ki, IDB “Kənd yerlərinin kompleks inkişafı Layihəsi” çərçivəsində Azərbaycanın Yevlax və Ağdaş rayonlarında suvarma sistemlərinin təkmilləşdirilməsi üçün 66,4 mln. ABŞ dolları həcmində kredit ayırıb.

Ağdaş rayonunda 34 590 hektar ərazi üzrə keçirilən tenderə təkliflərin qəbulu isə avqustun 16-na qədər davam edəcək.

Mənbə: banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır