Qanunda AMB-nin mənfəətinin bölüşdürülməsinə dair maddədə dəyişiklik təsdiqlənib

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsində “dövlət zəmanəti üzrə borc öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq yaradılan məqsədli büdcə fonduna” sözləri “dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2019-cu il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır