“Qarabağ KOB-ları 2024” proqramına başlanıb

Proqram çərçivəsində daha 70 KOB subyekti yaradılacaq.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, “İnkişaf Korporasiyası” QSC-nin birgə təşkilatçılığı, “PASHA Holding” MMC-nin maliyyə dəstəyi ilə “Qarabağ KOB-ları 2024” proqramına başlanılıb.

Proqramın məqsədi şəhid ailələri, müharibə iştirakçıları və onların ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin olunmasına dəstək göstərməkdir.

Proqram çərçivəsində Bakı, Gəncə, Bərdə, Goranboy, Laçın rayonunun Zabux və Zəngilan rayonunun Ağalı kəndlərində ümumilikdə 70 şəxs “Maliyyənin idarə olunması”, “Biznes planın hazırlanması”, “Marketinq”, “Sosial Media Marketinq”, “İnsan resurslarının idarə olunması” və “Satış” mövzuları üzrə biznes, həmçinin seçilmiş istiqamətlər üzrə peşə təlimlərinə cəlb olunacaqlar.

Təlimləri uğurla başa vuran iştirakçılar Dövlət Məşğulluq Agentliyi tərəfindən seçdikləri müvafiq istiqamət üzrə avadanlıqlarla təmin olunacaqlar.

Proqram çərçivəsində KOB-ların istehsal etdikləri məhsulların və göstərdikləri xidmətlərin satışını həyata keçirdikləri platforma da yaradılıb. Yeni KOB subyektlərinin məhsul və xidmətləri də həmin platformaya yerləşdiriləcəkdir.

Related posts

Ağdamda fəaliyyət göstərən işəgötürənlərlə əməkdaşlıq imkanları müzakirə edilib

İspaniya Krallığının “Rəsmi Kredit İnstitutu” ilə təcrübə mübadiləsi keçirilib

Birinci yarımildə yaşıl enerji istehsalı artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı