Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına aid nəşr iki dildə çapdan çıxıb - BBN

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına aid nəşr iki dildə çapdan çıxıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları” mövzusunda iki dildə – Azərbaycan və ingilis dillərində nəşr hazırlanıb. Nəşrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisi, əhalisi və əhalinin tərkibi xəritələrlə verilib. Eyni zamanda nəqliyyat infrastrukturu – əsas avtomagistral yolları, mövcud və layihələndirmə-bərpa mərhələsində olan dəmiryol xətləri və hava limanları sxematik şəkildə göstərilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mineral resurslar və dağ-mədən sənayesi imkanları təsvir edilib. Ərazinin turizm xəritəsi həm mədəni, həm də ekoturizmi əhatə edir.

Nəşrdə Şərqi Zəngəzurda əkin sahələrinin proqnozlaşdırılan strukturu təqdim olunub və göstərilib ki, ərazidə taxıl, tütün, kartof, bostan-tərəvəz, meyvə, giləmeyvə, üzüm və yem bitkilərinin istehsalı üçün imkanlar var. Eyni zamanda çoxillik əkmələrin strukturu və bitkiçilik məhsullarının istehsalı hər bir rayon üzrə ayrıca təqdim olunub.    

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları” mövzusunda nəşr həm yerli, həm də beynəlxalq ictimaiyyətin məlumatlandırılması, xüsusən də xarici investorların Qarabağ və Şərqi Zəngəzura cəlb edilməsi baxımından əhəmiyyətlidir.  “Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları” mövzusunda nəşrin Azərbaycan variantı ilə bu linkdə https://bit.ly/3m40khe, ingilis variantı ilə isə bu linkdə https://bit.ly/3AQ2erQ tanış olmaq mümkündür.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı