Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində məhsul və xidmətlərini tanıtmaq istəyən KOB-ların nəzərinə! - BBN

Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində məhsul və xidmətlərini tanıtmaq istəyən KOB-ların nəzərinə!

KOB-ların məhsul və ximətlərinin tanıdılmasına dəstək məqsədilə “Rebuild Karabakh” Sərgisində KOBİA tərəfindən xüsusi stend qurulacaq. 

15-17 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi (“Rebuild Karabakh 2024”) keçiriləcək.

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılmasına, satış imkanlarını genişləndirməsinə və yeni biznes əlaqələri qurmasına dəstək məqsədilə bu il də sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) xüsusi stendlə təmsil olunacaq.

Məhsul və xidmətlərini ödənişsiz olaraq KOBİA-nın stendində sərgiləmək istəyən və fəaliyyət istiqaməti sərginin mövzusuna uyğun gələn KOB-lar 8 oktyabr 2024-cü il tarixinədək müvafiq formanı dolduraraq Agentliyə müraciət edə bilərlər: https://bit.ly/3Rbs44I (Qeyd: “İştirak etmək istədiyiniz tədbir” bölümündə “Rebuild Karabakh 2024” qeyd olunmalıdır).

Related posts

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

“ASAN xidmət” “Gələcək üçün bacarıqlar” layihəsinin əhatə dairəsini genişləndirir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı