Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Qaradağ Sənaye Parkının rezidenti beynəlxalq sərgidə iştirak edib - BBN

Qaradağ Sənaye Parkının rezidenti beynəlxalq sərgidə iştirak edib

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Beynəlxalq “NEVA 2023” sərgisində öz stendi ilə təmsil olunur.

Sərgi iştirakçılarına Bakı Gəmiqayırma Zavodunun ümumi fəaliyyəti, həyata keçirilmiş layihələr barədə məlumat verilir.

Eyni zamanda sərgi çərçivəsində müxtəlif işgüzar görüşlər təşkil edilib. Görüşlərdə Bakı Gəmiqayırma Zavodunun gəmiçilik sahəsindəki qabaqcıl təcrübəsi, zavodun imkanlarının genişləndirilməsi, gələcəkdə həyata keçiriləcək layihələr müzakirə olunub.

Related posts

“AzerGold” ölkəmizi ümumdünya pul sərgisində təmsil edib

AzerGold” QSC cari ildə ilk ixrac əməliyyatından 32,9 milyon manat həcmində vəsait cəlb edib

Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı