Qaz anbarlarının tutumu 5 milyard kubmetrə çatdırılacaq

Dövlət Neft Şirkəti məlumatına əsasən, “Azneft” İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsində 2016-cı ilin 7 ayı ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş texniki müşavirə keçirilib.

İdarə rəisi Rövşən Qarayev cari il ərzində görülmüş işlər barəsində hesabat verib. Qeyd olunub ki, avqustun 22-dək “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarına 1 milyard 555 milyon kubmetr qaz vurulub, mövsümün sonuna kimi aktiv qazın miqdarının 3,2 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Hazırda keçən mövsümdən qalıq qazla birlikdə anbarlarda aktiv qazın miqdarı 2,5 milyard kubmetr təşkil edir. İl ərzində 2 yeni quyu qazmadan istismara daxil edilib və 26 quyuda əsaslı və cari təmir işləri aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır