Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının II iclası keçirilib

Ölkələrimiz arasında investisiya və biznes tərəfdaşlığının genişləndirilməsinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Qazaxıstanın Xarici Ticarət Palatasının birgə təşkilatçılığı ilə Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının II iclası keçirilib. Tədbirdə hər iki ölkədən dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, tekstil, tikinti, İKT, logistika, nəqliyyat, turizm və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətlərinə söykənən sıx siyasi əlaqələrimizi vurğulayaraq, prezidentlərin qarşılıqlı yüksək səviyyəli səfərləri və birgə səylərinin ölkələrimizin iqtisadi-ticarət əlaqələrinə də mühüm töhfə verdiyini bildiriblər.

Tədbirdə iştirak edən energetika nazirinin müavini Samir Vəliyev qeyd edib ki, Azərbaycanın münbit investisiya mühiti, o cümlədən işğaldan azad olunmuş ərazilərdə sərmayədarlar üçün təklif olunan imtiyazlar Qazaxıstan ilə investisiya tərəfdaşlığının intensivləşdirilməsi üçün mühüm imkanlar yaradır.

Qazaxıstanın nəqliyyat nazirinin müavini Sətcan Ablaliyev ölkələrimizin nəqliyyat-logistika, xüsusilə Orta Dəhliz layihəsi çərçivəsində inkişaf edən əməkdaşlığı haqqında danışıb. Çindən Avropaya göndərilən mallar üzrə Qazaxıstandan Azərbaycana tranzit daşımaların həcminin dəfələrlə artığı vurğulanaraq bu istiqamətdə artım üçün əhəmiyyətli potensialın olduğu diqqətə çatdırılıb.

İşgüzar Şuranın Azərbaycan tərəfindən həmsədri İbrahim Alısoy və Qazaxıstan tərəfindən həmsədri Abbat Urisbayev sözügedən platformanın biznes tərəfdaşlığının möhkəmləndirilməsi, eləcə də mövcud əlaqələrin şaxələndirilməsində oynadığı vacib rolu qeyd ediblər.

Bununla yanaşı, iclasda AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev və Qazaxıstanın Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Murat Kərimsakov iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsinə dair fikirləri və təklifləri ilə çıxış ediblər.

Tədbir çərçivəsində Qazaxıstan Respublikasının “Atameken” Milli Sahibkarlar Palatası və ASK arasında Anlaşma Memorandumu imzalanıb.

Tədbir sahibkarlar arasında ikitərəfli görüşlərlə davam edib.

Related posts

POS-terminallardan istifadə ilə bağlı nəzarət tədbirləri davam etdirilir – Foto

COP29 çərçivəsində SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb

COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı