Qazaxıstan könüllüləri DOST könüllülərinin təcrübəsini öyrənir

Azərbaycanda könüllülük sahəsində təcrübəni öyrənmək üçün ölkəmizə səfər gəlmiş Qazaxıstan könüllüləri ölkəmizdə könüllülük hərəkatının aktiv iştirakçılarından olan DOST könüllüləri ilə görüşüblər.

4 saylı Bakı DOST Mərkəzi ilə tanış olan qazaxıstanlı könüllülərə Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin fəaliyyəti, eləcə də “Könüllü DOST” proqramı haqqında məlumat verilib.

Bildirilib ki, 2019-cu ilin may ayından fəaliyyətə başlayan DOST mərkəzlərində hazırda 200 gənc könüllü çalışır. Bununla yanaşı, ilk dəfə olaraq yaşlı insanların asudə vaxtının səmərəli keçirilməsi məqsədilə “Gümüşü DOST” proqramı da icra olunur. Könüllülər əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində xidmətlərdən istifadə edən vətəndaşlara mərkəzlərdə kömək edir, onlara zəruri sənədlərin hazırlanmasında dəstək olur, həssas qruplardan olan şəxslərə qayğı göstərir.

Qazaxıstan könüllüləri “Könüllü DOST”larla birlikdə DOST mərkəzində xidmət göstərərək təcrübə mübadiləsi də aparıblar. Qrupun koordinatoru Aygerim Jarılqasova bu səfərin təcrübə mübadiləsi baxımından əhəmiyyətini xüsusi vurğulayıb və bu sahədə bundan sonra da qarşılıqlı əməkdaşlığın vacibliyini qeyd edib.

Sonda xatirə şəkli çəkilib, qonaqlara hədiyyələr təqdim olunub.

Səfər Qazaxıstan Milli Könüllülər Şəbəkəsi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqının bu sahədə təcrübə mübadiləsi proqramı əsasında həyata keçirilir.

Related posts

Azərbaycan-Türkiyə Avropa yaşıl enerji dəhlizi: İdeyadan gerçəkliyə

Növbəti hərracda 13 nəqliyyat vasitəsi satılıb

Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Nə? Harada? Nə zaman?” intellektual yarışması keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı