Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Qazaxıstanla iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub - BBN

Qazaxıstanla iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Qazaxıstanla əməkdaşlığımız dostluq və qardaşlıq münasibətlərinə əsaslanır. Bu baxımdan ticarət-iqtisadi tərəfdaşlığın inkişafı bizim üçün önəmlidir. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini – Prezidentin Beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Yerjan Kazıxan ilə görüşündə bildirib. Nazir Azərbaycan-Qazaxıstan əlaqələrinin yüksək səviyyədə olduğunu, iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə uğurlu əməkdaşlığı vurğulayıb.

Qazaxıstan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini- Prezidentin Beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Yerjan Kazıxan ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin əhəmiyyətini qeyd edib.

Görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların təşviqi məqsədilə birgə səylərin artırılması, zəruri infrastrukturun inkişaf etdirilməsi və Vahid Yol Xəritəsinin hazırlanması imkanları müzakirə edilib.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı