Bakının bəzi yerlərində qazın verilişində məhdudiyyətlər olacaq

Bakının bəzi yerlərində qazın verilişində məhdudiyyətlər olacaq.

BBN.az  “Azəriqaz İB”ə istinadən xəbər verir ki, 26 aprel 2018-ci il tarixdə Məhəmməd Hadi küçəsində yeni çəkilmiş diametrləri 315, 159 və 108 mm-lik polietilen qaz xəttlərinin şəbəkəyə qoşulması ilə əlaqədar, saat  10:00-dan  təmir işlər tamamlananadək  Xətai rayonunun Gəncə, Babək prospektləri, Kombinat, Şirvani, X.Məmmədov, Əhmədli kəndi, İnqilab İsmayılov və Mehmandarov küçələrinin bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.

Qeyd edək ki, aparılan  təmir işləri gün ərzində  yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır