Bugün bəzi ərazilərdə qazın verilişində məhdudiyyətlər olacaq

Bugün bəzi ərazilərdə qazın verilişində məhdudiyyətlər olacaq.

BBN.az xəbər verir ki, Ziya Bünyadov prospektində diametri 530mm-lik  qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi və  Təbriz küçəsində  diametri 315mm-lik  yeni çəkilmiş polietilen qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar,  23 may 2018-ci il tarixdə  saat  0900-dan  təmir işləri tamamlananadək Nərimanov rayonunun  bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən işlərin Binəqədi rayonu  Dərnəgül qəsəbəsi, 31/26-cı məhəllə eləcə də 7 və 8-ci mikrorayonların bir hissəsinin  qaz təchizatına təsir göstərməsi mümkündür.

Qeyd edək ki, aparılan təmir işləri gün ərzində  yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır