Qeyri-bank olan hüquqi şəxslər arasında repo əqdi bağlanılıb – BFB-də ilk

21 sentyabr 2016-cı il tarixində Bakı Fond Birjasında ilk dəfə olaraq birja üzvü vasitəsi ilə qeyri-bank olan hüquqi şəxslər arasında repo əqdi bağlanılmışdır. Repo müddəti 30 gün, Repo faiz dərəcəsi 11%, olmuşdur.

Əqd BFB-də market meyker tərəfindən likvidliyi təmin olunmuş korporativ istiqrazlarla bağlanılmışdır.

Qeyd edək ki, bu günə qədər repo əməliyyatları birja üzvləri vasitəsi ilə əsasən banklar arasında təşkil olurdu.

BFB-nin yenilənmiş REPO bazarı platforması əqdin tərəflərinə REPO aləti vasitəsi ilə minimum xərc və zaman xərcləyərək, məbləğindən asılı olmayaraq istənilən həcmdə qısamüddətli likvidliyi idarə etmək imkanı verir.

Hal-hazırda BFB-də REPO əməliyyatlarının risksiz və effektiv icrası üçün müvafiq hüquqi və texniki imkanlar mövcuddur.

Məlumat üçün qeyd edək ki, REPO aləti tərəflər arasında qiymətli kağızların alınıb və qısa müddətə geri satılmasını şərtləndirən sövdələşmədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır