Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 14,3 faiz artıb

Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 14,3 faiz və ya 319 milyon manat artaraq 2 milyard 545 milyon manat təşkil edib.

Qeyri-neft-qaz sektoru üzrə proqnoz 112 faiz icra olunub, proqnozdan əlavə 279 milyon manat vergi toplanıb. Vergi daxilolmarında qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 70 faizə yüksəlib. Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə daxilolmalar 16 faiz artıb, özəl bölmənin qeyri-neft vergi daxilolmalarında xüsusi çəkisi isə 77%-ə qalxıb. Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları üzrə könüllü ödənişlərin xüsusi çəkisi 92 faizə çatıb.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarında yüksək artım templəri əsasən ƏDV, aksiz, mənfəət və əmlak vergisi üzrə qeydə alınıb. ƏDV daxilolmalarında artım 18 faiz, mənfəət vergisi üzrə 30 faiz, əmlak vergisi üzrə 18 faiz, mədən vergisi üzrə 16,2 faiz, aksizlər üzrə 4,8 dəfə təşkil edib. Vergi daxilolmalarında ƏDV, aksiz, əmlak və mənfəət vergilərinin xüsusi çəkisinin artımı müşahidə olunur. Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının strukturunda ƏDV-nin xüsusi çəkisi 32,8 faizə, mənfəət vergisi üzrə 27,9 faizə, aksizlər üzrə 2,0 faizə, əmlak vergisi üzrə 2,3 faizə qalxıb.

Bu tədiyələrdə yüksək artım dinamikası dövriyyələrin şəffaflaşdırılması şəraitində müşahidə olunur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır