Qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,6 faiz artıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-sentyabr aylarında 34,7 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,6 faiz artıb.

Sənaye məhsulunun 69,9 faizi mədənçıxarma sektorunda, 25,2 faizi emal sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 2,8 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 29,3 faiz artıb.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 99,0 faiz, tütün məmulatlarının istehsalı 78,5 faiz, hazır metal məmulatlarının istehsalı 78,1 faiz,  kompüter, elektron və optik məhsulların istehsalı 77,2 faiz, içkilərin istehsalı 40,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 39,2 faiz, mebel istehsalı 29,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 28,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 26,1 faiz, kağız və karton istehsalı 25,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 20,6 faiz, qida məhsullarının istehsalı 15,1 faiz, əczaçılıq məhsullarının istehsalı 12,6 faiz, poliqrafiya məhsullarının istehsalı 11,8 faiz, geyim istehsalı 10,6 faiz, tikinti materiallarının istehsalı 4,2 faiz, maşın və avadanlıqların istehsalı 1,8 faiz artmış, neft məhsullarının istehsalı 1,0 faiz, elektrik avadanlıqlarının istehsalı 8,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 11,9 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 14,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 25,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 32,2 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,4 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır