Qırğızıstan Azərbaycanın elektron təhlükəsizlik təcrübəsini öyrənmək niyyətindədir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətində Qırğızıstanın rəqəmsal inkişaf nazirinin müavini Klim Omelçenkonun başçılıq etdiyi kibertəhlükəsizlik üzrə nümayəndə heyəti ilə görüş keçirilib.

BBN.az xəbər verir ki, görüşdə Qırğızıstanda Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (CERT) yaradılması və beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması istiqamətində Azərbaycanın təcrübəsinin öyrənilməsi, kibertəhlükəsizlik üzrə qurumlar arasında əməkdaşlıq sahələri, məlumat mübadiləsi və kadr potensialının artırılması imkanları müzakirə olunub.

Müzakirələrdə Dünya Bankının və Beynəlxalq Telekommunikasiya İttifaqının nümayəndələri də iştirak ediblər.

Tərəflər arasında beynəlxalq əməkdaşlığın qurulması və bu istiqamətdə mütəmadi görüşlərin keçirilməsi qərara alınıb.

Related posts

İstanbulda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişaf etməkdə olan Bazarlar Forumu keçirilib

Azərbaycan nümayəndə heyəti Pakistana səfər edib

İİTKM-də Yerin təkinin geoloji öyrənilməsi və mineral xammal bazasından səmərəli istifadəyə dair Dövlət Proqramı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı