“Qırmızı Körpü” gömrük postu normal iş rejimində fəaliyyətini davam etdirir

Mayın 2-də saat 19:35-dən etibarən Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunda şəxslərin və nəqliyyat vasitələrinin keçidində müvəqqəti məhdudiyyət yaranıb. Məhdudiyyətin yaranmasına Gürcüstanın sərhədkeçmə proseslərini tənzimləyən müvafiq idarəetmə sistemində baş verən nasazlıq səbəb olub.

Mayın 2-si saat 23:30-da baş verən nasazlıq aradan qaldırılmış, şəxslərin və nəqliyyat vasitələrinin keçidi tam bərpa olunub. Hal-hazırda “Qırmızı Körpü” gömrük postu normal iş rejimində fəaliyyət göstərir.

Mayın 2-də saat 19:35-dən etibarən Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunda şəxslərin və nəqliyyat vasitələrinin keçidində müvəqqəti məhdudiyyət yaranıb. Məhdudiyyətin yaranmasına Gürcüstanın sərhədkeçmə proseslərini tənzimləyən müvafiq idarəetmə sistemində baş verən nasazlıq səbəb olub.

Mayın 2-si saat 23:30-da baş verən nasazlıq aradan qaldırılıb, şəxslərin və nəqliyyat vasitələrinin keçidi tam bərpa olunub. Hal-hazırda “Qırmızı Körpü” gömrük postu normal iş rejimində fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır