Home » “Qırmızı Ürəklər” Fondu yeni ekoloji layihəyə başlayıb

“Qırmızı Ürəklər” Fondu yeni ekoloji layihəyə başlayıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“Qırmızı Ürəklər” (Red Hearts) Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bravo marketlər şəbəkəsi ilə birgə “Batareyaları təhvil ver, təbiəti qoru” adlı yeni layihəyə start verib. Layihə çərçivəsində istifadəyə yararsız elektrik batareyalarının toplanması həyata keçirilir.

İstifadə edilmiş batareyalar üçün ilkin olaraq Gənclik Mall, Əhmədli qəsəbəsi, 20 yanvar m/s, Koroğlu m/s, 28 Mall, Dəniz Mall və Zefir Mall-da olan Bravo marketlərində xüsusi qutular yerləşdirilib. Layihə işlənmiş batareyaları digər tullantılardan ayırmaq onların ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərini minimuma endirmək məqsədi daşıyır. Gələcəkdə analoji qutuların digər şəhər və rayonlarda da yerləşdirilməsi planlaşdırılır.

Vətəndaşlar tərəfindən məişətdə istifadə olunan batareyalar toplanaraq “Təhlükəli Tullantılar” MMC-yə təhvil veriləcək. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təkrar emalın təşviqi, tullantıların azaldılması, işlənmiş batareya tullantılarının zərərli təsirlərinin qarşısının alınması və səmərəli idarə olunması cəhətdən olduqca vacib olan və maarifləndirici məqsəd daşıyan bu layihə ətraf mühitin qorunmasına kömək edəcək.

Qeyd edək ki, “Qırmızı Ürəklər” Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.