“Qiymətli kağızların buraxılışı və Listinqin üstünləkləri” mövzusunda təlim keçirilmişdir

22 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası, ABB-İnvest investisiya şirkəti tərəfindən Azərbaycan Mikromaliyyə Assosiasiyasına (AMFA-ya) üzv olan Bank Olmayan Kredit Təşkilatları (BOKT-lar) üçün onlayn təlim keçirilmişdir.

Təlimdə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası və ABB-İnvest İnvestisiya şirkətinin əməkdaşları tərəfindən AMFA-ya üzv olan Bank Olmayan Kredit Təşkilatları (BOKT-lar) üçün kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat verilmişdir.

Tədbirin əsas məqsədi mikormaliyyə sahəsində yerli şirkətlərə alternativ maliyyələşmə üsullarını təqdim etmək, Bakı Fond Birjasında qiymətli kağızların listinqdə saxlanılması üstünlüklərini çatdırmaqdır.

Bakı Fond Birjası əməkdaşlıq etdiyi investisiya şirkətləri və Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) ilə birlikdə kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin aşılanması və Bakı Fond Birjasında listinqə təşviq edilməsi məqsədi ilə mütəmadi olaraq ödənişsiz təlimlər təşkil edir.

Qeyd edək ki, AMFA 13 sentyabr 2021-ci il tarixindən Bakı Fond Birjasının Listinq Məsləhət Proqramına tərəfdaş qismində qoşulmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır