Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Qiymət İzləmə Tətbiqi” işçi qrupun iclası keçirilib - BBN

“Qiymət İzləmə Tətbiqi” işçi qrupun iclası keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Qiymət İzləmə Tətbiqi” (QİT) ilə bağlı müvafiq dövlət qurumlarının iştirakı ilə alt işçi qrupun növbəti iclası keçirilib.

Görüşdə “İnflyasiya və qiymət monitorinqi” üzrə İşçi qrupun iyul ayında keçirilmiş iclasının nəticəsi olaraq aidiyyəti dövlət qurumlarına verilmiş tapşırıqların icrası istiqamətində müzakirələr aparılıb.

İclasda İİTKM-in icraçı direktorunun müavinləri Ramil Hüseyn, Ayaz Müseyibov və  müşaviri Samir Məmmədov QİT sisteminin təkmilləşdirilməsi ilə bağlı görülmüş işlər, qarşıya çıxan çətinliklər və İİTKM-ə təqdim olunacaq məlumatlara dair vahid struktur konsepsiyası barədə ətraflı məlumat veriblər. Eyni zamanda, qurumlarla birgə məlumatların vahid sistemdə birləşməsi, layihənin icrası çərçivəsində nəzərdə tutulan tədbirlər planı üzrə fikir mübadiləsi aparılıb və layihənin icrasını sürətləndirmək üçün növbəti addımlar müəyyən edilib.

İclasda Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin, Səhiyyə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Statistika Komitəsinin nümayəndələri iştirak ediblər.

Related posts

Bakıda Türk Dövlətləri Təşkilatı hökumət başçılarının görüşü keçirilir

ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun üzvü İlham Hüseynov “Arbitration for Business Impact” adlı tədbirdə çıxış edib

Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı