Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Qiymətlər yüksəlir və niyə maaşların artımı baş vermir? – “World Economic Forum” - BBN

Qiymətlər yüksəlir və niyə maaşların artımı baş vermir? – “World Economic Forum”

“World Economic Forum” qiymətlərin yüksəlib, maaşların artmamasının 5 potensial izahını verib. Bir çox əsas iqtisadiyyatlarda işçilərin ödəniş paketləri azalıb. İnflyasiya yüksəldikcə, yaşayış xərcləri də müvafiq olaraq artır. ABŞ-da illik inflyasiya 8.3%-ə, Avrozonada isə 8.1%-ə çatıb. Lakin bu il maaşlar qeyd olunan ərazilərdə müvafiq olaraq 5% və 3% artım göstərib. Bu niyə baş verir?

İqtisadçılar deyirlər ki, burada əsas 5 faktor var. 

  • İttifaqın gücünün və kollektiv sövdələşmənin zəifləməsi

1979-cu ildə ABŞ-da işçilərin 27%-i ittifaq üzvi idilər. İndi isə bu rəqəm cəmi 11.6%-dir. Bu azalma isə orta hesabla bir işçinin ildə maaşına 3.250 dollar başa gəlir. 

  • Gizli işsizlik səviyyəsi

Böyük Britaniya və ABŞ işsizliyin səviyyəsi aşağı olması ilə bağlı hesabatlar paylaşır. Bu aspektdən yanaşsaq işçilər maaşların artırılması ilə bağlı işəgötürənlərə təzyiq etməlidirlər. Lakin ekspertlər isə bildirirlər ki, rəsmi rəqəmlər real göstəriciləri əks etdirmir.

  • Əmək haqları hər iki istiqamətdə sürətlə hərəkət etməyə meyilli deyil

Bu artıq şirkətlərin üsullarından biridir ki, çətin iqtisadi şəraitdə əmək haqlarında azalmaya getsinlər. Bu o deməkdir ki, gələcək “qaranlıq” olduqda onlar maaşların artımını azaldır.

  • Biz hələ də 2008-ci ildə baş verən maliyyə böhranından “sağalmağa” çalışırıq

Kredit böhranından sonra əmək haqlarının artımı kəskin şəkildə azaldı. Ancaq 2008-ci ildən əvvəlki vəziyyətinə ötən il qayıda bildi. 

  • Əmək haqları və inflyasiya biz gözlədiyimiz kimi bir-biri ilə bağlı deyil

Buna baxmayaraq onlar eyni istiqamət üzrə hərəkət edirlər. İnflyasiya mal və xidmətlərin qiymətinin yüksəlməsinə təkan verir. Əmək haqqının səviyyəsi əmək bazarında böyük dəyişikliklərə daha çox cavab verir. 

Related posts

Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025: Süni intellektin əsaslarının gücləndirilməsi

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Bank-Maliyyə Sektorunun İnkişaf Strategiyası

Ticarət və süni intellektin inteqrasiyası bizneslərə yeni perspektivlər açır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı