Qiymətli kağızlar bazarı iştirakçılarına requlyativ tətillərin verilməsi
• İnvestisiya şirkətlərinin kapital tələblərinin pozulması müşahidə edildikdə, Mərkəzi Bank tərəfindən müvafiq təsir tədbirlərinin görülməsinin 01 yanvar 2021-ci tarixinədək təxirə salınması;
• İnvestisiya şirkəti və fond birjası tərəfindən illik audit olunmuş maliyyə hesabatlarının Mərkəzi Banka təqdim olunmasının və ictimaiyyətə açıqlanmasının 30 sentyabr 2020-ci il tarixinədək uzadılması;
• Qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər tərəfindən ictimaiyyətə açıqlanan illik və yarımillik hesabatların açıqlanmasının 1 (bir) ay müddətinə uzadılması;
• Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin (investisiya şirkəti, fond birjası) fəaliyyətinin yoxlanılmasının 30 sentyabr 2020-ci ilədək təxirə salınması.
– Qiymətli kağızlar bazarı iştirakçılarına güzəştlərin verilməsi
• Fond birjasında səhmlərin və istiqrazların təkrar bazarında bağlanan əqdlərin habelə repo əməliyyatlarının qeydiyyatı üzrə Milli Depozit Mərkəzinə ödənilən tariflərin 30 sentyabr 2020-ci il tarixinədək ləğv edilməsi;
• Bakı Fond Birjasında 01 aprel 2020-ci il tarixindən 01 yanvar 2021-ci il tarixinədək listinqə daxil olan korporativ istiqrazlar üzrə listinq tariflərinin ləğv edilməsi;
• Fond birjasında dövlət istiqrazları, Mərkəzi Bankın notları və ipoteka istiqrazları ilə bağlanan təkrar bazar əqdləri üzrə hesablaşmaların 30 sentyabr 2020-ci il tarixinədək “T+1” rejimindən “T+0” rejiminə keçirilməsi;
• Qiymətli kağızların kütləvi təklif üsulu ilə fond birjasında yerləşdirilməsi zamanı Bakı Fond Birjası tərəfindən tələb olunan sənədlərin dairəsinin 01 yanvar 2021-ci il tarixinədək minimallaşdırılması (yalnız qiymətli kağızların dövlət reyestrindən çıxarış və emissiya prospekti tələb olunmaqla).