Home » Qiymətli Kağızların Emissiya Sisteminin təqdimatı ilə bağlı tədbir keçirilmişdir

Qiymətli Kağızların Emissiya Sisteminin təqdimatı ilə bağlı tədbir keçirilmişdir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

            23  noyabr 2022-ci il tarixlərində Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati binasında emitentlərə kapital bazarında çevik maliyyələşmə imkanlarının yaradılması və bazara çıxış imkanlarının rəqəmsal kanallar vasitəsilə daha əlçatan edilməsi məqsədilə kapital bazarı üzrə elektron xidmətlərdən biri kimi yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulan Qiymətli Kağızların Emissiyası Sisteminin təqdimatı keçirilmişdir. Sistemin istifadəyə verilməsi ilə investisiya qiymətli kağızlarının emissiyası prosesində Azərbaycan Respublikasının Mərkəzi Bank, Milli Depozit Mərkəzi (MDM) və Bakı Fond Birjası (BFB) tərəfindən emitentlərə göstərilən xidmətlərin rəqəmsallaşdırılması və bununla da emitentlərə “bir pəncərə” prinsipli xidmətlərin təqdim edilməsi təmin ediləcəkdir.

Layihə çərçivəsində investisiya qiymətli kağızların buraxılışının dövlət qeydiyyatına alınması, emissiya prospektlərinin və informasiya memorandumlarının təsdiqi, hüquqi şəxslərin yenidən təşkili zamanı səhm buraxılışının dövlət qeydiyyatına alınması, investisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması, emissiyanın yekunları haqqında hesabatın təsdiqi, investisiya qiymətli kağızlarının Azərbaycan Respublikası ərazisindən kənarda buraxılışı ilə bağlı dövlət qeydiyyatının aparılması və emissiya prospektində və buraxılışla bağlı qərara əlavə və dəyişikliklərin edilməsi prosesləri rəqəmsallaşdırılmışdır.

Tədbirdə Milli Depozit Mərkəzinin, Bakı Fond Birjasının, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası İctimai Birliyinin və investisiya şirkətlərinin nümayəndələri iştirak etmişdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.