Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Qızıl 4 min dolları aşdıqdan sonra geriləməyə başlayıb - BBN

Qızıl 4 min dolları aşdıqdan sonra geriləməyə başlayıb

Qızılın qiyməti çərşənbə günü bir unsiya üçün 4 min dollar həddini aşaraq tarixi rekorda yüksəldikdən sonra, investorların mənfəət realizasiyası (satışları) səbəbindən enməyə başlayıb.

BBN.az xəbər verir ki, spot qızılın qiyməti çərşənbə günü 4059,31 dollara çatdıqdan sonra bu gün səhər saatlarında 0,3% azalaraq 4031,21 dollara qədər geriləyib.

Son günlərdəki sürətli bahalaşmadan sonra qızıl bazarında korreksiya (müvəqqəti düzəliş) mərhələsi müşahidə olunur. Əvvəlki sessiyada 1,4% bahalaşan qiymət, cümə axşamı 1%-ə yaxın ucuzlaşıb. Texniki göstəricilər son bir ayda qızılın “həddindən artıq alış” zonasına daxil olduğunu göstərir ki, bu da bir çox investorun mənfəət realizasiyasına getməsinə səbəb olub.

Xatırladaq ki, bu il qızılın dəyəri qlobal ticarət, ABŞ Federal Ehtiyat Sisteminin (FED) müstəqilliyi və ABŞ maliyyə sabitliyi ilə bağlı qeyri-müəyyənliklər fonunda 50%-dən çox artıb. Eyni zamanda, artan geosiyasi gərginliklər təhlükəsiz aktivlərə marağı gücləndirir, mərkəzi banklar isə qızıl ehtiyatlarını artırmağa davam edirlər.

Related posts

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

ABŞ-ın qaz ehtiyatları rekord səviyyədə aşağı düşüb

Kriptobirjada kəskin eniş: Bitcoin və Ethereum 8-9% ucuzlaşıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı