Qlobal bazarlarda qızıl qiymətləri yenidən təzyiq altına düşərək $5,000/unsiya səviyyəsindən aşağı gerilədi. Analitiklərə görə buna əsas səbəb güclü dollar və Federal Reserve-in faiz siyasəti ilə bağlı qeyri-müəyyənlikdir.
Eyni zamanda Iran ətrafında davam edən müharibə və $100-dən yuxarı neft qiymətləri inflyasiya qorxularını artırır. Bu isə bazarlarda faiz dərəcələrinin daha uzun müddət yüksək qalacağı ehtimalını gücləndirir.
Buna baxmayaraq analitiklər bildirir ki, geosiyasi risklər səbəbilə qızıl uzunmüddətli perspektivdə yenə də təhlükəsiz aktiv kimi qalır.