Qlobal maliyyə bazarlarında qeyri-müəyyənlik fonunda qızıl və digər qiymətli metallar 2026-cı ilə güclü yüksəlişlə başlayıb. Reuters-in məlumatına görə, mərkəzi bankların davamlı alışları və investorların təhlükəsiz aktivlərə yönəlməsi qiymət artımını dəstəkləyir.
İlin ilk ayının yarısı tamam olmamış qızıl 2026-cı ilin əvvəlindən 7%, gümüş isə 20% bahalaşıb və hər iki metal yeni tarixi rekordlara yüksəlib. Platin də ilin əvvəlindən 15% artıb və yeni maksimum səviyyələrə yaxınlaşır.
Analitiklər bildirirlər ki, qiymətli metallar 2025-ci ildə artıq kəskin bahalaşsa da, 2026-cı ildə də yüksəliş trendinin davam etməsi mümkündür.
Buna əsas səbəblər:
- mərkəzi bankların qızıl ehtiyatlarını artırması
- geosiyasi risklər
- qlobal iqtisadi artımla bağlı narahatlıqlar
Qeyd olunur ki, mərkəzi bankların artan alışları qızıl bazarında “təhlükəsizlik alışı” effektini gücləndirir və qiymətlərə əlavə dəstək verir.
Ekspertlərin fikrincə, qlobal iqtisadi risklər qalmaqda davam etdiyi müddətdə qızıl və digər qiymətli metallar investorlar üçün əsas qoruyucu alətlərdən biri olaraq qalacaq.