Beynəlxalq Maliyyə İnstitutu (IIF) “Qlobal Borc Monitoru” hesabatını dərc edib.
BBN.az dərc edilmiş hesabata istinadən xəbər verir ki, qlobal borcun məbləği 2022-ci ildə təxminən 7 trilyon dollar azaldıqdan sonra 2023-cü ildə 15 trilyon dollardan çox artaraq 313 trilyon dollara çatıb.
Qlobal borc artımının təxminən 55 faizi əsasən ABŞ, Fransa və Almaniyanın təsiri ilə inkişaf etmiş iqtisadiyyatlardan yaranıb. İnkişaf etməkdə olan bazarlarda borc yığılması daha çox Çin, Hindistan və Braziliyada cəmləşib.