Qlobal İnnovasiya İndeksi: Dünyanın ən innovasiyalı ölkələri


Kornell Universitetinin (ABŞ), İNSEAD Biznes məktəbinin (Fransa), Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə nəşri olan Qlobal İnnovasiya İndeksi (Qİİ)- 2019 dərc edilib.

Qeyd edək ki, 129 ölkəni əhatə edən bu reytinq geniş məlumatlar spektrini ehtiva edən 80 indikator əsasında tərtib olunur.

Qİİ – 2019-cu ilin innovasiya liderləri siyahısında İsveçrə, İsveç, ABŞ, Hollandiya və Böyük Britaniya yer alıb. Bildirək ki, sıralamanın ilk onluğuna Finlyandiya, Danimarka, Sinqapur, Almaniya və İsrail  də daxil edilib.

Qİİ-2019 nəşrində ölkəmiz 84-cü yerdə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır