Qlobal iqtisadi çətinlik “Apple” da vurdu: Məhsullarını müştərilər üçün əlçatan edir

Hətta dünyanın ən dəyərli texnologiya şirkətinin də qlobal iqtisadi çətinliyə qarşı immunu yoxdur. Cümə axşamı Apple elan etdi ki, mənfəəti iyulun əvvəlində başa çatan son 3 ayda (cari ilin II rübü) 11% azalıb. Ötən ilin eyni dövründə isə şirkət iqtisadi aktivliyin azalması, Çindən 0-Covid siyasətinə görə təchizat problemlərinin yaranmasından əziyyət çəkirdi.

BBN.az CNN Business-ə istinadən xəbər verir ki, iPhone nəhəngi elan edib ki, şirkətin gəliri 83 milyard dollar olub, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2% çoxdur. Həmçinin bu maliyyə ilində şirkətin paylaşdığı ən böyük rəqəm olub. İnkişaf ildən ilə 36% azalıb, gəlir isə əvvəlki illə müqayisədə artıb. 

Çin yenə də şirkətin ən böyük satış bazarıdır, rüb ərzində 1% azalıb. Hələ ki, Apple Wall Street-in satış və gəlir ilə bağlı proqnozlarını üstələyir. Kompaniyanın nəticələrindən sonra isə Apple-ın səhmləri 4% artıb. Şirkətin gələcək inkişafı üçün əsas element Apple-ın məhsullarının satışıdır, inkişaf 12% olub, 19.6 milyard dollara çatıb, bu isə gözləntilərdən cüzi azdır, 19.7 milyard dollar. 

Apple-ın baş maliyyə məsləhətçisi Luca Maestri deyib ki, müxtəlif məhsulları üzrə 860 milyondan çox pullu abunəçisi var, bu isə ötən ildən bəri 160 milyon artıb.

Göstəricilər ilə bağlı məsləhətçi deyib ki, çətin əməliyyat mühitinə baxmayaraq nəticələr bizim biznesi effektiv idarə edə biləcəyimizi nümayiş etdirir. 

Apple-ın nəticələri o zaman gəlib ki, hazırda bazarda bir çox texnologiya şirkətləri sağlam inkişaf edə bilməməkdən əziyyət çəkir, bu da yüksək inflyasiya, faiz dərəcələrinin artımı, iqtisadi tənəzzülün olacağı riski, Ukrayna müharibəsinə görə nəticələrin pis olacağı ilə bağlıdır.

Apple-ın sözçüsü əlavə edib ki, məhsulları almaq üçün dünyanın müxtəlif ölkələrində müştərilər üçün asan həllər axtarılır. İqtisadi qeyri-müəyyənlik ilə bağlı olaraq CEO Tim Cook deyib ki, yeni insanları işə götürməyə davam edəcək, müəyyən sahələrə investisiya edəcək, amma bu daha çox düşünülmüş olacaq. 

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

“Uşaq Qaynar Xətti”nə son altı ayda 851 müraciət daxil olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı