Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Qlobal neft-qaz investisiyaları artacaq

Qlobal neft-qaz investisiyaları artacaq

Beynəlxalq bazarda neft və qaz sektoruna qoyulan investisiyanın ümumi həcmi 4% artaraq 602 milyard dollardan 628 milyard dollara yüksələcək. Bu barədə, Norveç mərkəzli “Rystad Energy” araşdırma şirkətinin hesabatında qeyd olunub.

Hesabata detallı nəzər saldıqda müşahidə etmək olar ki, qaz və LNG hasilatına qoyulan investisiya həcminin 2022-ci ildə 14% yüksəlməsi proqnozlaşdırılıb. Bununla da, 2022-ci ildə ümumi investisiya 131 milyard dollardan 149 milyard dollara çatacaq. 2024-cü ilədək isə, sözügedən investisiya həcminin 171 milyard dolları ötəcəyi proqnozlaşdırılıb.

Neft sektoru investisiyaları isə, 2022-ci ildə 287 milyard dollardan 307 milyard dollara qədər yüksələcək. Regional olaraq isə, Orta Şərq və Avstraliyada artım (33%) daha yüksək proqnozlaşdırılır.

Related posts

Rusiyanın neft məhsullarının ixracı artıb

BVF Almaniya iqtisadiyyatı və borc əyləci islahatlarını təhlil edib

Süni intellekt bazarında yeni mərhələ: “OpenAI” “Cerebras” ilə əməkdaşlığa başladı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı