Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12% səviyyəsində saxlanılıb - BBN

Qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12% səviyyəsində saxlanılıb

“Əmanətlərin sığortalanması haqqında” Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq prosesin səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsinə dair Metodologiya təsdiq edilib.

Metodologiyanın məqsədi qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin bazarda formalaşan depozit faizlərinin real dinamikası ilə uzlaşdırılmasını və bu həddin şəffaf, ölçülə bilən meyarlar əsasında müəyyən olunmasını təmin etməkdir.

Metodologiyaya əsasən aparılmış hesablamalara görə, 2025-ci ilin son altı ayında banklar tərəfindən fiziki şəxslərdən milli valyutada cəlb edilmiş uzunmüddətli əmanətlər (müddəti 9 aydan çox olan əmanətlər) üzrə orta bazar faiz dərəcəsi azalma dinamikası göstərərək 10% təşkil edib.

ƏSF-nin Himayəçilik Şurasının 28 yanvar 2026-cı il tarixli iclasında Metodologiyadan irəli gələrək həmin göstəricinin üzərinə 2 faiz bəndi əlavə olunmaqla, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin dəyişdirilmədən 12% səviyyəsində saxlanılması barədə qərar qəbul edilib.

Qeyd edilib ki, Metodologiyaya əsasən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi ilə bağlı qərarlar ildə iki dəfə qəbul ediləcək, qərarlar Fondun rəsmi internet səhifəsində dərc olunacaq və bank əmanətçiləri müvafiq qaydada məlumatlandırılacaq. Növbəti qərarın 2026-cı ilin iyul ayında qəbul edilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirilib ki, ƏSF-yə üzv banklarda milli və xarici valyutada qorunan əmanətlər üzrə hazırda qüvvədə olan illik faiz dərəcəsinin yuxarı hədləri barədə məlumat Fondun rəsmi internet səhifəsində yerləşdirilib.

Related posts

“S&P Global Ratings”: Risk-əsaslı nəzarət kredit risklərini azaldacaq

Expressbank – YENİ ÜNVANDA

Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq halları artıb – IV rübdə 3 386 fakt qeydə alınıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı