Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Qusarda fəaliyyət göstərən turizm müəsissələri üçün təlimlərə başlanılıb - BBN

Qusarda fəaliyyət göstərən turizm müəsissələri üçün təlimlərə başlanılıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzinin təşkilatçılığı və Dövlət Turizm Agentliyinin Quba Destinasiya Menecmenti Təşkilatının dəstəyi ilə həyata keçirilən “Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən turizm müəssisələrinin kadr potensialının təkmilləşdirilməsi” proqramı çərçivəsində Qusar rayonunda turizm müəssisələrinin rəhbər və işçi heyəti üçün təlimlərə start verilib.

Təlimlərin məqsədi böyük turizm potensialına malik olan Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən turizm obyektlərinin əməkdaşlarının yay turizm mövsümündə hazırlıq səviyyəsinin artırılmasına, turizm sahəsində kadr potensialının inkişafına dəstək olmaqdır.

İki həftə davam edəcək təlimlər pandemiya ilə bağlı qaydalara uyğun olaraq kiçik qruplar şəklində turizm müəssisələrində keçiriləcək. Nəzəri və praktik hissələrdən ibarət olacaq təlimlərdə Xaçmaz KOBİM-in peşəkar ekspertləri tərəfindən müştərilərlə ünsiyyət, qonaqpərvərlik, menyunun təqdimatı, müştəri etirazlarının qarşılanması, müştəri tipləri və onlarla işləmə, daxili turların təşkili, bələdçi sistemi, mehmanxana xidmətinin təşkilində qida satışına nəzarət və s. mövzular tədris olunacaq. 

Təlimləri uğurla başa vuran iştirakçılara sertifikatlar veriləcəkdir. 

Related posts

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Azərbaycan və Belarus turizm sahəsində əməkdaşlığı gücləndirir

“Azerconnect Group” “mygov” platformasına qoşulub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı