Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Rəqəmsal inkişaf və elektron hökumətlə bağlı məsul vəzifəli şəxslərə dair meyarlar təsdiqlənib - BBN

Rəqəmsal inkişaf və elektron hökumətlə bağlı məsul vəzifəli şəxslərə dair meyarlar təsdiqlənib

Azərbaycan Respublikası Nazirlər Kabineti rəqəmsal inkişaf və elektron hökumət sahəsində fəaliyyətin qiymətləndirilməsi ilə bağlı yeni qərar qəbul edib.

Baş nazir Əli Əsədov bu məqsədlə müvafiq qərar imzalayıb.

Qərara əsasən, mərkəzi və yerli icra hakimiyyəti orqanları (ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və digər büdcə təşkilatlarında məsul vəzifəli şəxslərin fəaliyyətinin qiymətləndirilməsi yeni meyarlar əsasında həyata keçiriləcək.

Bu meyarlar əsasında illik qiymətləndirmənin nəticələri hər növbəti təqvim ilinin 30 yanvar tarixinədək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə və Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim olunacaq.

Nazirlər Kabineti bildirib ki, qərar məsul şəxslərin fəaliyyətinin qiymətləndirilməsi mexanizmini müəyyən etməklə dövlət orqanlarında rəqəmsal inkişaf və elektron hökumət sahəsində idarəetmənin daha səmərəli və məsuliyyətli şəkildə təşviqinə xidmət edəcək.

Related posts

ADB: Neftin bir barelinin qiyməti ən pis ssenaridə 155 dollara qədər arta bilər

ADB: “Azərbaycanda inflyasiya mülayim olaraq qalır”

Bankın adının yuxarı şikayət indeksində olması onun bağlanacağı deməkdir?

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı