Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Rəqəmsal türk lirəsi istifadəyə veriləcək

Rəqəmsal türk lirəsi istifadəyə veriləcək

Son günlərdə digər valyutalarla qarşılaşdırmada sürətlə dəyər itirməsi səbəbindən hamının diqqət mərkəzində olan Türkiyə lirəsi ilə bağlı hökumətin qərarı bəlli olub. 2022-ci ildə Türkiyə hökuməti tərəfindən həyata keçirilməsi planlaşdırılan fəaliyyətlərin siyahısını özündə cəmləşdirən “Cumhurbaşkanlığı Yıllık Programı”nında rəqəmsal türk lirəsinin istifadəyə verilməsi də öz yerini alıb.

Türkiyə Mərkəzi Bankı (TCMB), Xəzinədarlıq və Maliyyə Nazirliyi və TÜBİTAK tərəfdaşlığı nəticəsində ərsəyə gətirilən rəqəmsal lirə layihəsinin test mərhələsinin gələn ilə qədər sonlandırılması planlaşdırılıb. Blokçeyn platforması üzərindən əməliyyatlara imkan tanıyacaq rəqəmsal lirənin ilkin dövriyyəyə buraxılış həcmi və baza dəyəri açıqlanmasa da, sözügedən valyutanın beynəlxalq ticarət əməliyyatlarında istifadə ediləcəyi qeyd edilib. Məlumat üçün qeyd edək ki, Türkiyə lirəsi son olaraq dollar qarşısında 1.36% dəyər itirərək 9.6 səviyyəsinə çatıb.

Related posts

Rəsmi valyuta məzənnələri (27.02.2026)

Rəsmi valyuta məzənnələri (26.02.2026)

Qızıl dolların zəifləməsilə bahalaşdı – bazarlar ABŞ-İran nüvə danışıqlarını izləyir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı