Beynəlxalq konsaltinq şirkəti olan “Accenture” şirkətinin tərtib etdiyi ““The Future of Banking: It’s time for a change of perspective” adlı hesabatda bankçılıq sektorunda rəqəmsallaşmanın rolu və gələcək perspektivləri ilə bağlı proqnozlar öz yerini alıb.
11 fərqli ölkədə fəaliyyət göstərən ənənəvi və rəqəmsal olmaqla ümumilikdə 300-dən çox bank sektoru iştirakçılarının analizi nəticəsində tərtib edilən hesabata istinadən, 2018-2020-ci illər arasında rəqəmsal şəkildə “neobank” konsepsiyası altında fəaliyyət göstərən banklar 76%-lik artıma nail olsa da, ənənəvi formatda fəaliyyətinə davam edən banklar 44%-lik artım göstəricisinə nail olub.
Hesabat “Accenture” analitiklərinin proqnozlarını da özündə cəmləyib. Hesabata istinadən, 2020-ci ildə 2.062 trilyon dollar səviyyəsində qərarlaşan qlobal bankçılıq sektorunun həcmi 2025-ci ilədək 607 milyard dollar (5.3%) arta bilər. Digər tərəfdən isə, rəqəmsallaşmanın tətbiqinin sürətləndirildiyi təqdirdə, əlavə olaraq 518 milyard dollara (3.8%) qədər artıma da nail olunmasının mümkünlüyü proqnozlaşdırılıb.