Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Rəqabət Məcəlləsində nəzərdə tutulan tələblərə dair təbii inhisar subyektlərinin nümayəndələri ilə maarifləndirici görüş keçirilib - BBN

Rəqabət Məcəlləsində nəzərdə tutulan tələblərə dair təbii inhisar subyektlərinin nümayəndələri ilə maarifləndirici görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Rəqabət Məcəlləsində nəzərdə tutulan tələblərə dair təbii inhisar subyektlərinin nümayəndələri ilə maarifləndirici görüş keçirilib.

Görüşdə neft və neft məhsulları, təbii qaz, elektrik və istilik enerjisi, su təchizatı, nəqliyyat (magistral və ümumi əhəmiyyətli avtomobil yolları, dəmir yolu, aeroport, metro), telekommunikasiya sahələrində fəaliyyət göstərən təbii inhisar subyektlərinin nümayəndələri iştirak edib.

Görüş zamanı Agentliyin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Şəmsi Rzalı “Təbii inhisar subyektlərinin razılıq hərəkətləri üzərində nəzarətin həyata keçirilməsi qaydaları” mövzusunda təqdimatla çıxış edib. İştirakçılara təbii inhisar sahəsində rəqabət siyasətinin prinsipləri, rəqabət orqanı tərəfindən təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarəti və bu sahədə tətbiq edilən tənzimləmə üsulları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, təbii inhisar subyektləri Məcəllənin müvafiq maddələrində qeyd edilən hərəkətlərin edilməsinə razılıq almaq üçün rəqabət orqanına müraciət etməlidirlər. Razılıq hərəkətləri ilə bağlı müraciətlərə baxılması prosesi də iştirakçıların diqqətinə çatdırılıb.

Sonda təbii inhisar fəaliyyətinin səmərəli təşkili məqsədilə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Related posts

Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

“Amazon” 2025-ci ili güclü artımla başa vurdu

“Fitch” SOCAR-ın reytinqlərini dünyanın aparıcı neft-qaz şirkətləri sırasında qiymətləndirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı