“Rəqabətqabiliyyətli və ixracyönümlü biznes planın hazırlanması” mövzusunda maarifləndirici təlim keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Rəqabətqabiliyyətli və ixracyönümlü biznes planın hazırlanması”  mövzusunda maarifləndirici təlim keçirilib.

  Təlimi giriş sözü ilə açan “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə qeyd edib ki, mütəmadi belə tədbirlərin keçirilməsində məqsəd buxracatçı sahibkarlara ölkədə aparılan iqtisadi islahatlar, ixrac prosedurlarında olan yeniliklər haqqında, o cümlədən, yerli məhsulların xarici bazarlara çıxarılması, ixracın stimullaşdırılması və sadələşdirilməsi barədə məlumat verməkdir.

 “Onevision Business Solutions” şirkətinin direktoru Cavid Abasov tərəfindən aparılan təlim zamanı rəqabətqabiliyyətli məhsulun formalaşdırılması, ixrac üçün yaradılan mühitdən yararlanma, həvəsləndirici proqnozlara uyğun işlərin təşkili, qlobal və hədəf bazar strategiyası, markalanma siyasəti və effektiv ixracat planı mövzularına toxunulub. Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Təlimin sonunda iştirakçılar “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə tanış olublar.

Related posts

Türkiyədə Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

İqlim sahəsində əməkdaşlıqla bağlı sənəd imzalanıb

Milli Məclisdə 2025-ci il üçün DSMF-in, İSF-in büdcə layihələri və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı