Rəşad Nəbiyev Abşeronda vətəndaşları qəbul edəcək

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Abşeronda vətandaşları qəbul edəcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata əsasən R. Nəbiyev dekabrın 14-də saat 09:30-da Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Zəngilan, Qubadlı, Abşeron rayonlarının və Sumqayıt şəhərinin sakinlərlə görüşəcək.

Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda dekabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula 13 dekabr 2023-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Related posts

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 25 illik yubileyinə həsr olunmuş İllik Yığıncaq keçirilib

Yanacaq məhsullarının istehsalı, idxalı, topdan və pərakəndə satışı fəaliyyəti ilə məşğul olan sahibkarlarla maarifləndirici görüşlər keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı