Rabitəbank-ın əməliyyat mənfəəti 30% artıb

2020-ci ilin birinci rübünün göstəricilərinə əsasən, Rabitəbank 1,1 mln manat mənfəət əldə etmişdir. Bankın kredit portfeyli keçən ilin analoji dövrü ilə müqaisədə 9.6% yəni 54 mln manat artaraq 388 mln manat təşkil etmişdir. Rübün sonuna bankın aktivləri 709 mln manat təşkil etmiş, balans kapitalı isə keçən ilin analoji dövrü ilə müqaisədə 4% yəni 3.8 mln manat artaraq 97 mln manata çatmışdır. Bankın əməliyyat mənfəəti sözükeçən dövr ərzində 2019-cu ilin analoji dövrü ilə müqaisədə 30%-ə qədər artaraq 4.25 mln manat təşkil etmişdir.

Bankın faiz gəlirləri sözükeçən dövr ərzində 14% yəni 1.4 mln manat artaraq 11.3 mln manata çatmışdır. Bankın bu dövr ərzində qeyri-faiz gəlirləri 54% yəni 1.4 mln manat artıraraq 4 mln manata çatmışdır.  

Bankın verilən istehlak kreditlərin həcmi də 2019-cu ilin analoji dövrü ilə müqaisədə 17 mln manat artaraq 47 mln manata çatmışdır. Bank 2020-ci ilin ilk rübü ərzində 24 mln manat məbləğində biznes krediti verərək, ümumi biznes kredit portfelini 242 mln manata çatdırmışdır. Fərdi sahibkarlar o cümlədən fikizi və hüquqi şəxslərə  maliyyə xidmətlərinin əlçatanlığını artırmaq üçün Rabitəbank Dünya Bankı,  Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) və Kredit Zəmanət Fondunun xətti ilə aktiv şəkildə biznes kreditlərinin verilməsini davam etdirir.

Rabitəbankda sürətli pul köçürmələri dövriyyəsi analoji dövr ərzində 10% yəni 4mln manat artaraq 43 mln manata çatmışdır. Sürətli pul köçürmə sayı isə 4.5% yəni 3 min ədəd artaraq 68 min köçürməyə çatmışdır.

Bankın aktiv kart sayı 2019-cu ilin analoji dövrü ilə müqaisədə 40% yəni 25 min ədəd artaraq 87.000 ədədə çatmışdır. 2019-cu ilin Dekabr ayında tam yenilənmiş Kartmane kartlarını təqdim edən Rabitəbank bu kartlarla müştərilərə bir sıra xüsusi imtiyazlar və ölkənin bank bazarında ilk dəfə olaraq bir ədəd kart vasitəsilə 3 növ “cashback” imkanını təqdim edir. Belə ki, daha əvvəl təqdim edilən dünyanın istənilən ölkəsində YDM xərcləmələrinə 10% və restoran xərcləmələrinə 5% “cashback” təklifi ilə yanaşı, bank “bütün ödənişlərə 2%” və “supermarketlərə 5%” cashback tiplərini təqdim etmişdir. Dekabr 2019 – Mart 2020 tarixləri ərzində Kartmane kartı sahiblərinə 50.000 AZN-dan çox cashback qazandırmışdır. Müştərilərə təklif etdiyi üstünlüklərə görə Kartmane kartı 2020-ci ilin Fevral ayında “Azeri Business Awards” tərəfindən “Ilin Innovativ Bank məhsulu” nominasiyası üzrə qalib olmuşdur.

Müştərilərə təklif etdiyi rəqəmsal bank xidmətlərinin sayını durmadan artıran Rabitəbank-ın 2019-cu ildə istifadə verdiyi mobil tətbiqi də sürətlə böyüməyə davam edir. Hal-hazırda 25.000-dən çox aktiv istifadəçisi olan Rabitabank Mobil tətbiqi vasitəsilə müştərilər banka gəlmədən maliyyə xidmətlərindən faydalanırlar. Rabitəbank rahat bankçılıq şüarına sadiq qalaraq mobil tətqib vasitəsilə müştərilə verdiyi xidmətlərin çeşidliyinin, sürətinin və istifadə rahatlığının artırılması istiqamətində əməli addımlar atır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır