“Rabitəbank”da 2 yeni təyinat olub

“Rabitəbank” ASC-də Filialların İdarəedilməsi Departamentində yeni təyinat olub.

Musa Xudiyev Departamentin direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Musa Xudiyev əvvəl “Bank Standard”da Satışlar və Satış nöqtələrinin idarə olunması Mərkəzinin direktoru kimi fəaliyyət göstərib.

“Rabitəbank”da digər vəzifə təyinatı da olub.

Belə ki, Taleh Abbasov Korporativ Satışlar departamentinin direktoru təyin edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır