“Rabitəbank”ın rəhbərliyində dəyişiklik olub

“Rabitəbank”ın rəhbərliyində dəyişiklik olub. Bankdan verilən məlumata görə, dekabr ayının 5-dən etibarən Eldar Ağayev bankın idarə heyəti sədrinin müşaviri təyin edilib. E. Ağayev buna qədər bankın baş direktorlarından biri olub.

Bununla da bankın baş direktorlarnın sayı 6-dan  4-ə enib. Qeyd edək ki, bundan əvvəl, yəni sentyabr ayında bankın digər baş direktoru Arif Zeynalov “Nikoil Bank”a transfer olmuşdu.

Mənbə: fins.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır