Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Rabitəbank 2025-ci ilin I yarımilliyində mikrokredit satışlarında 17% artım əldə etmişdir - EKSKLUZİV - BBN

Rabitəbank 2025-ci ilin I yarımilliyində mikrokredit satışlarında 17% artım əldə etmişdir – EKSKLUZİV

Rabitəbankın Mikrokreditlər üzrə Baş direktoru Zamiq Mədətovun BBN.az saytına müsahibəsi

Zamiq müəllim, müsahibə təklifimizi qəbul etdiyiniz üçün təşəkkür edirik. Rabitəbankın sahibkarlığın inkişafına verdiyi töhfələr, xüsusilə mikro kreditləşmə sahəsindəki fəaliyyəti son dövrlərdə maliyyə sektorunda diqqətəlayiq nailiyyətlər sırasındadır. Müsahibə çərçivəsində bu istiqamətdə əldə etdiyiniz nəticələr və gələcək planlar barədə ətraflı məlumat verməyinizi istərdik.

Zamiq Mədətov: Dəvətinizə görə təşəkkür edirəm. Rabitəbank olaraq ölkə iqtisadiyyatımızın dayanıqlı inkişafında mikro, kiçik və orta sahibkarlığın nə dərəcədə vacib rol oynadığını çox gözəl başa düşürük və bu məqsədlə də mikro sahibkarlığın inkişafına öz töhvələrimizi vermək üçün hər zaman müxtəlif bank məhsulları, xüsusilə mikro kreditlərlə onların inkişafına dəstək olmağa çalışırıq. Mikro kreditlər bizim üçün yalnız maliyyə aləti deyil, eyni zamanda sahibkarların  arzularının reallaşması və əhalimizin həyat tərzinin yaxşılaşdırılması üçün vacib vasitədir. Bügün sahibkarlarımıza təqdim etdiyimiz mikro kreditlər onların gələcək böyük bizneslərinin əsasını qoymaq və cari fəaliyyətlərinə dəstək olmaq üçün əsaslı bir zəmin yaradır.

Son dövrlərdə Rabitəbankın mikro kredit portfelində əhəmiyyətli artım müşahidə olunur. Bu dinamikanın səbəbləri və bank üçün əhəmiyyəti nədən ibarətdir?

Zamiq Mədətov: Bu artım təsadüfi deyil, bu Rabitəbankın son illərdə mikro sahibkarlığın dəstəklənməsi, real sektorun inkişafına dəstək istiqamətində həyata keçirdiyi strategiyanın, eləcə də müştəri mərkəzli yanaşmasının nəticəsidir. Rəqəmlərə istinad etsək, qeyd edə bilərik ki 2025-ci ilin ilk 6 ayı ərzində təqdim etdiyimiz mikro kreditlərin ümumi həcmi 85 milyon manata yaxın təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17%-lik artım deməkdir. Mikro kredit portfelimizi isə 30% artıraraq 165 milyon manata çatdırmağa nail olmuşuq.

Qeyd edilən rəqəmlər bizim üçün sadəcə statistik göstərici deyil, onlar sahibkarlarımızın bizə olan etimadının, eləcə də Bankımızın real sektora dəstəyinin göstəricisidir. Biz mikro kreditləşməni strateji inkişaf xəttimizdə prioritet sahələrdən biri olaraq görürük və bu istiqamətdə fəaliyyətimizi daha da genişləndirməkdə qərarlıyıq.

 

Mikro sahibkarların bank xidmətlərinə əlçatanlığını təmin etmək, xüsusilə regionlarda yaşayanlar üçün olduqca vacibdir. Rabitəbank bu sahədə hansı alətlərdən və yanaşmalardan istifadə edir?

Zamiq Mədətov: Rabitəbank olaraq mikro sahibkarlığın inkişafında əsas amillərdən birinin müştərilərimizin bank xidmətlərinə rahat çıxış imkanlarının təmin olunmasının olduğunu bilirik. Bu səbəbdən, xidmət fəlsəfəmiz üç əsas prinsip üzərində qurulub: sürət, əlçatanlıq və şəffaflıq.

Çox yaxşı anlayırıq ki, mikro maliyyələşmənin mahiyyəti təkcə fərdi bizneslərə dəstək deyil, bu, ümumi məşğulluğun artırılması, əhalinin rifahının yüksəldilməsi və bölgələrdə iqtisadi canlanmanın təmin olunması deməkdir.

Son dövrlərdə zamanın tələblərinə uyğun olaraq mikro kreditləşmədə proseslərin rəqəmsallaşmasına xüsusi önəm veririk. Nəticə etibarilə yalnız rəqəmsal həlləri təqdim etməklə kifayətlənmirik. Əsas hədəfimiz bu həlləri insan ehtiyaclarına uyğunlaşdırmaq və müştərinin real vəziyyətini nəzərə alaraq fərdiləşdirilmiş yanaşma tətbiq etməkdir. Hər bir müraciət ilkin mərhələdə potensial analizlərdən keçirilir. Bu, sahibkara risksiz və dayanıqlı borclanma imkanı yaradır.

Əlavə olaraq, region filiallarımız və mobil xidmətimiz vasitəsilə məsafə faktorunu da minimuma endiririk. Sahibkarlar banka gəlmədən, onlayn platformalar üzərindən mikro kredit üçün müraciət edə bilirlər.  Məqsədimiz təkcə kredit vermək deyil, sahibkarın yanında olmaq və onun biznesinə dəyər qatmaqdır. Bu yanaşma Rabitəbankın mikro sahibkarlara münasibətində üstün cəhətlərdən biridir.

 

Rabitəbankın dövlətin güzəştli kredit proqramlarındakı rolu nədən ibarətdir?

Zamiq Mədətov: Bankımız bu sahədə lider banklardan biridir. Təkcə son bir ildə 1200-dən çox sahibkara 20 milyon manatdan artıq məbləğdə güzəştli mikro kredit təqdim etmişik. Bu kreditlər Dövlətimizin iqtisadiyyatın prioritet istiqamətlərinin inkişafı üçün nəzərdə tutulan maliyyə vəsaitləridir və müştərilərimizə illik 5%  dərəcəsi, kredit müddətinin yarısı qədər nəzərdə tutulmuş güzəşt müddəti, həmçinin əlverişli təminat təklifləri ilə təklif olunur. Sahibkarlar bu kreditlərdən istifadə edərərək daha güzəştli maliyyə yükü ilə fəaliyyətlərini genişləndirə bilər və yeni biznes layihələrinə sərmaya qoya bilərlər.

Güzəştli kreditlər üzrə proseslərin daha çevik və şəffaf icrası üçün daxili sistemlərimizi daim təkmilləşdiririk. Gələcəkdə bu sahədə iştirak payımızı daha da artırmaq, daha çox sahibkarın bu imkanlardan faydalanmasını təmin etmək əsas hədəflərimizdəndir.

 

Regionlarda fəaliyyətinizin genişlənməsi mikro kreditləşməyə hansı formada təsir göstərib?

Zamiq Mədətov: Hazırda Rabitəbankın regionlarda 16 filialı fəaliyyət göstərir. Bu il Tovuz şəhərində yeni filialımızı istifadəyə verdik. Bu, bölgədəki sahibkarların maliyyə xidmətlərinə daha rahat və sürətli çıxışını təmin edir. Regionlarda filial şəbəkəmizin genişlənməsi mikro sahibkarlığın dəstəklənməsi baxımından strateji əhəmiyyət daşıyır. Yaxın dövrlərdə daha bir neçə rayonda filial açılışlarımız nəzərdə tutulur. Məqsədimiz, bank xidmətlərini mərkəzdən kənarda da eyni keyfiyyətlə təqdim etmək və hər bir sahibkarın potensialını ortaya çıxaracaq şəraiti yaratmaqdır.

 

Xanım sahibkarların binzeslərinə dəstək baxımından hansı tədbirlər həyata keçirirsiniz?

Zamiq Mədətov: Rabitəbank olaraq hər zaman xanım sahibkarların bizneslərinə dəstək məqsədli müxtəlif tədbirlər həyata keçirir və müxtəlif məhsullar təqdim edirik. İnanırıq ki, qadınların iqtisadi müstəqilliyi güclü və balanslı cəmiyyətin formalaşmasında əsas sütunlardan biridir. Məhz bu yanaşmadan irəli gələrək, “Güc xanımlarda” adlı mikro kredit məhsulunu yaratdıq və qısa zamanda məhsul ölkə üzrə böyük maraq və rəğbətlə qarşılandı.

Bu kredit məhsulu 0% komissiya ilə təqdim olunur və digər kreditlərə nisbətən daha aşağı faiz dərəcəsi təklif edir. Kreditin şərtləri qadınların maliyyə yükünü yüngülləşdirmək və onların biznes təşəbbüslərini reallaşdırmaq üçün maksimum dərəcədə əlverişli şəkildə hazırlanıb. “Güc xanımlarda” məhsulunu yalnız maliyyə dəstəyi kimi yox, eyni zamanda sosial təşviq aləti kimi görürük.

Əsas məqsədimiz qadınların öz işini qurmaq, mövcud bizneslərini böyütmək və iqtisadi qərarlarda daha fəal iştirakçı olmasına şərait yaratmaqdır. Bu günə qədər “Güc xanımlarda” kreditindən yüzlərlə qadın faydalanıb və bu da göstərir ki, qadınlar cəmiyyətin istənilən sahəsində, o cümlədən biznesdə liderlik potensialına malikdirlər.

Gələcəkdə bu məhsulun şərtlərini daha da təkmilləşdirmək və regionlardakı qadın sahibkarlar üçün əlavə təşviq mexanizmləri təqdim etmək planlarımız var.

Mikro kreditləşmə sahəsində Rabitəbankın qarşıdakı dövr üçün əsas hədəfləri nələrdir?

Zamiq Mədətov: Əsas məqsədimiz mikro sahibkarlığın maliyyələşdirilməsini daha geniş coğrafiyada təmin etmək, qadın sahibkarları və kənd təsərrüfatı üzrə çalışanları daha aktiv şəkildə dəstəkləməkdir. Eyni zamanda, filial şəbəkəmizi genişləndirməklə yanaşı, rəqəmsal kredit məhsullarının çeşidini artırmağı və müştəri təcrübəsini daha da sadələşdirməyi planlaşdırırıq.

 

Sonda oxucularımıza və müştərilərinizə nə demək istərdiniz?

Rabitəbank olaraq hesab edirik ki, hər böyük biznes bir vaxtlar kiçik bir ideya ilə başlayıb. Biz bu ideyanın cücərməsi üçün zəmin yaradır, sahibkarlarımızla birlikdə böyüyürük. Bir ideyanız varsa, onu reallaşdırmaqdan çəkinməyin. Biz yalnız maliyyə dəstəyi deyil, həm də inamınızı paylaşır, yol yoldaşınız oluruq. Bir fikrə hər zaman  inanırıq ki, sahibkarın arxasında dayanan güclü bir tərəfdaş olmalıdır. Mikro sahibkarların ideyalarına dəstək göstərməyə və onlara rahat bankçılıq imkanları yaratmağa davam edəcəyik.

Related posts

ABŞ bankları üçün böyük dönüş: yeni Basel qaydaları kapital tələblərini azalda bilər

Edqar Abdullayev: “Maliyyə bazarında inqilabi dəyişikliklər olacaq”

“Fitch”: Azərbaycan rəqəmsal valyuta üçün ikisəviyyəli model seçə bilər – EKSKLÜZİV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı