Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Rabitəbank 3-cü rübdə müsbət maliyyə və əməliyyat nəticələri göstərib - BBN

Rabitəbank 3-cü rübdə müsbət maliyyə və əməliyyat nəticələri göstərib

Ölkənin aparıcı banklarından olan “Rabitəbank” ASC cari ilin üçüncü rübünün yekunlarına dair maliyyə hesabatını açıqlayıb.Hesabata əsasən Bank üçüncü rübdə də əsas maliyyə göstəriciləri üzrə dinamik inkişaf etməyə davam edir.

1 oktyabr 2020-ci il tarixinə Bankın aktivləri 862 milyon manatdan çox olmuşdur, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 31.86% artım deməkdir.  2019-cu ilin üçüncü rübündə açıqlanmış maliyyə göstəricisi ilə müqayisədə bu il bank 28.57% artım göstərərək əməliyyat mənfəətini 13 mln. 538 min manata yüksəldib. Bankın dövr üzrə xalis mənfəəti isə 3 mln 844 min manat təşkil edir.

“Rabitəbank”ın kredit portfelin həcmi isə 394 mln manat təşkil edir. Ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 8% artım deməkdir.  Bankın depozit portfelində də müsbət nəticələrə rast gəlinir. Belə ki, fiziki şəxs, sahibkar və hüquqi şəxslərin depozit portfeli 34.74%, yəni 150 mln manat artaraq 582 mln 321 min manat təşkil edir.

Gəlir-xərc hesabatına əsasən bu dövr ərzində “Rabitəbank”ın faiz gəlirləri əvvəlki il ilə müqayisədə 9.83% artaraq 34 mln manat, qeyri-faiz gəlirləri isə 36.6% artaraq 9 mln manat  təşkil etmişdir.

3-cü rübdə bankın xidmət şəbəkəsinin sayında da artım müşahidə olunmuşdur. Belə ki, Caspian Bisnes mərkəzində bankın paytaxtda 12-ci, ölkə üzrə 27-ci xidmət məntəqəsi olan “Kaspian” filialı müştərilərin istifadəsinə verilmişdir.

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 71 ATM-i, “Rabitabank Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətinizdədir.

Related posts

Azərbaycan Mərkəzi Bankı 2026-cı il üzrə sistem əhəmiyyətli bankların siyahısını açıqlayıb

Azərbaycanda yanvarda dövlət xətti ilə 17 milyon manatdan çox ipoteka krediti verilib

Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı