Home » Rabitəbank “Aqrar maliyyələşmə sahəsində yeni innovativ məhsullar təqdim edən bank!” mükafatına layiq görülüb

Rabitəbank “Aqrar maliyyələşmə sahəsində yeni innovativ məhsullar təqdim edən bank!” mükafatına layiq görülüb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bugün Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) təşkilatçılığı ilə keçirilən II Aqrobiznesin İnkişafı Forumunda Rabitəbank “Aqrar maliyyələşmə sahəsində yeni innovativ məhsullar təqdim edən bank!” mükafatına layiq görülüb.

Qeyd edək ki, ölkəmizdə sahibkarlığın inkişafına dəstək göstərən və kənd təsərrüfatının inkişafı üçün daima innovativ məhsullar təqdim edən Rabitəbank Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu və İpoteka və Kredit Zəmanət fondu ilə əməkdaşlıq edən öncül banklardandır.

Forumda dövlət və özəl qurumlarının rəsmiləri, həmçinin yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Forumun keçirilməsində məqsəd ölkədə aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirməklə beynəlxalq və yerli təcrübəni, mövcud vəziyyəti, imkanları, o cümlədən aqrobiznesə maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün lazım olan addımları müzakirə etməkdir. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.