Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Rabitəbank" ASC özünüməşğulluq proqramına dəstəyini davam etdirir - BBN

“Rabitəbank” ASC özünüməşğulluq proqramına dəstəyini davam etdirir

“Rabitəbank” ASC korporativ sosial məsuliyyət strategiyasına sadiq qalaraq, özünüməşğulluq proqramı çərçivəsində müxtəlif kateqoriyalar üzrə şəxsi biznesini qurmaq istəyən aztəminatlı vətəndaşlara dəstək olmaqda davam edir. Belə ki, bank əməkdaşları özünüməşğulluq layihəsi ilə bağlı siyahıda olan Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və Qobustan rayonu üzrə müxtəlif fəaliyyət sahələri ilə məşğul olmaq istəyən daha 6 nəfərə aktivlərin təqdim edilməsini yekunlaşdırıb.

Ramiz Əsgərov və Rasim Cabbarov bankın göstərdiyi dəstək sayəsində şəxsi biznesini qurmağa müvəffəq olublar və onlara dəmirçilik və dülgərlik avadanlıqları təqdim edilib. Bankın Nərimanov rayon filialının əməkdaşları Pərviz İmanovun poliqrafiya üzrə fərdi sahibkarlıqla məşğul olmaqla bağlı müraciətini müsbət cavablandırıb və o, lazımi avadanlıqlarla təmin olunub.

Rabitəbank ölkədə qadın sahibkarlığının inkişafına da dəstəyini davam etdirməkdədir. Un məmulatlarının istehsalı üzrə şəxsi biznesini qurmaq istəyən Leyla Səfərova, gözəllik salonu açmaq istəyən Sevda Əlizadə, həmçinin maldarlıq təsərrüfatı üzrə şəxsi biznesini qurmaq istəyən Türkanə Vəliyeva bank tərəfindən lazımi və müasir avadanlıqlarla təmin edilib.

Xatırladaq ki, “Özünüməşğulluğa Dəstək Layihəsi” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memoranduma əsasən həyata keçirilir. Sosial proqramın şərtlərinə uyğun olaraq fərdi sahibkarlıqla məşğul olmaq istəyən və həssas qruplara aid olan vətəndaşlar istehsal və ya xidmət avadanlığı ilə təmin olunurlar. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.

“Rabitəbank” ASC Azərbaycanın 16 region və Bakı şəhərində 28 xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Related posts

ING Group: Azərbaycanın xarici iqtisadi mövqeyi güclü olaraq qalır, neft qiymətləri artım potensialını artırır

MDM EBRD istiqrazları üzrə növbəti kupon ödənişlərini həyata keçirəcək

AMB-nin növbəti faiz qərarı: bazarda sabitlik gözləntiləri üstünlük təşkil edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı