Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Rabitəbank gənclərin inkişafı üçün önəmli bir layihəyə sponsor oldu! - BBN

Rabitəbank gənclərin inkişafı üçün önəmli bir layihəyə sponsor oldu!

Rəqəmsal dünya inkişaf etdikcə, təcrübəli mütəxəssislərə tələbat artır. “Rabitəbank” ASC “Azərbaycan Jurnalistlər Şəbəkəsi” ilə birlikə gənclər üçün “Rəqəmsal dünyada jurnalistika” layihəsinə start verir.

Layihə çərçivəsində iki ay müddətində jurnalistikaya marağı olan və bu sahədə fəaliyyət göstərmək istəyən gənclər üçün silsilə təlim sessiyaları təşkil olunacaq. Təlimlərdə müasir rəqəmsal alətlərdən istifadə edərək xəbərlərin hazırlanması, eləcə də biznes xəbərlərinin istehsalına dair müxtəlif bilik və bacarıqlar öyrədiləcək.

Layihə müddətində iştirakçılar ölkənin tanınmış jurnalistləri, həmçinin rəqəmsal sahə üzrə mütəxəssislərin təlimlərində iştirak edə biləcəklər. Bundan başqa, gənclər üçün ölkənin aparıcı media qurumlarına səfər turları təşkil olunacaq.

Təlimlər ölkənin ən müasir rəqəmsal mərkəzlərindən birində – “Lotfi Zadeh Technology Center”də baş tutacaq. Bu layihədə “Rabitəbank” ASC “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB-nə tərəfdaş qismində dəstək nümayiş etdirir.

Təlimlərdə iştirak seçim turu vasitəsilə həyata keçiriləcək. Seçim turuna qatılmaq üçün aşağıdakı linkə keçid edərək müraciət formasına zəruri məlumatları daxil etmək mümkündür: https://forms.gle/e1XbLJc4zyVBaD819

Layihənin anons videosunu aşağıdakı linkdən izləyə bilərsiniz: https://youtu.be/43-Up7aTxQ0

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Related posts

Təhsil kreditindən yararlanan tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirilib

“Expressbank”ın sponsorluğu ilə “ASAN xidmət”in 3-cü “RoboCode” düşərgəsi başa çatıb

RABİTƏBANK RAMAZAN VƏ NOVRUZ BAYRAMI ƏRƏFƏSİNDƏ ŞƏHİD AİLƏLƏRİNİ ZİYARƏT EDİB

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı