Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Rabitəbank ilin ən fəal bankları sırasında yer alıb

Rabitəbank ilin ən fəal bankları sırasında yer alıb

Ötən günlərdə Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları – 2021” adlı tədbir baş tutub. İclasın sonunda ABA-nın nəzdində fəaliyyət göstərən fəal Ekspert Qruplarının mükafatlandırılması keçirilmiş və “Rabitəbank” ASC 5 nominasiya üzrə mükafata layiq görülmüşdür.

Rabitəbank, 2021-ci il üzrə “Korporativ sosial məsuliyyət”, “Ən fəal maliyyə savadlılığı dəstəkçisi”, “Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank üzvü”, “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü” və “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü” nominasiyalarının qalibi olub.

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Related posts

Bankların biznes kreditləri üzrə təminatlılıq səviyyəsi məlum olub

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

AMB və “Visa” sərhədlərarası köçürmələrin təhlükəsizliyinin artırılmasını müzakirə ediblər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı