Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Rabitəbank” İT audit xidmətlərinin satın alınması üzrə tender elan edib - BBN

“Rabitəbank” İT audit xidmətlərinin satın alınması üzrə tender elan edib

“Rabitəbank” ASC İT audit xidmətlərinin satın alınması üzrə açıq tender elan edib.

Elana əsasən, tenderin tarixi 16 sentyabr 2025-ci il, son müraciət tarixi isə 30 sentyabr 2025-ci il, saat 15:00-dır.

Qalib iştirakçı şirkət aşağıdakı meyarlara görə müəyyən ediləcək:

  • ən azı 2 il müvafiq sahədə təcrübə və təqdim ediləcək müştəri referansları;

  • auditorların peşəkarlıq səviyyəsinin tələb olunan xidmətlərə uyğunluğu;

  • işin icra müddətinin göstərilməsi;

  • tələblərə cavab verən ən aşağı qiymət təklifi.

İştirakçılardan aidiyyəti sahə üzrə portfel, hüquqi sənədlərin surətləri, məxfilik müqaviləsi, imzalama səlahiyyətini təsdiq edən sənəd, son 1 ilin maliyyə hesabatı və vergi borcu olmadığına dair rəsmi arayış təqdim etmək tələb olunur.

Təkliflər Azərbaycan dilində hazırlanmalı, imzalanıb və möhürlənmiş qapalı zərfdə Bakı şəhəri, Füzuli küçəsi 71 ünvanına göndərilməlidir.

Maraqlanan şirkətlər tender@rabitabank.com elektron ünvanı və ya +99450 270 72 20 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Related posts

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı