Rabitəbank nağd pul krediti üzrə faizləri aşağı saldı!

Rabitəbank yaranmasının 31-ci illiyi ilə əlaqədar olaraq nağd pul krediti üzrə faizləri aşağı saldı. Artıq 30000 AZN-dək nağd pul kreditini 10,5%-dən başlayaraq götürmək olar. Kreditin müddəti 48 ayadəkdir. Kredit götürmək istəyən bütün müştərilər üçün 0% komissiya nəzərdə tutulur.

Rabitəbankın nağd pul krediti üzrə kampaniyasında müştəri seqmentlərinə uyğun olaraq xüsusi faizlər və güzəştlər də təqdim olunur. Həmçinin, başqa bankın kreditini Rabitəbanka transfer edən müştərilər üçün 0% komissiya nəzərdə tutulur. Qeyd edək ki, kredit götürənlər üçün sığorta tələbi yoxdur. Rabitəbankın sərfəli şərtlərlə təqdim etdiyi kampaniya iyulun 31-dək davam edəcək.

Qeyd edək ki, nağd pul kreditini “Rabita Mobile” tətbiqindən, bankın saytından və Rabitəbankın istənilən filialından almaq mümkündür. Krediti elə indi sifariş edə bilərsiniz : https://rbt.az/krdt-al

“Rabitəbank” ASC 16 region və Bakı şəhəri də daxil olmaqla, ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Related posts

Bank Respublika “İlin Bankı” adına layiq görüldü

Kapital Bank tələbələr üçün “Emosional zəka” mövzusunda təlimlər keçirdi

“PashaPay” “Red Hearts Award” mükafatı ilə təltif edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı