Rabitəbank uşaq evini ziyarət etdi

Rabitəbank bankın yaranmasının 30 illiyi və Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə silsiləli şəkildə keçirdiyi sosial layihələri davam etdirir. 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Rabitəbank rəhbərliyi və əməkdaşları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi-nin nümayəndəsi ilə birlikdə Nizami rayonu Rüstəm Rüstəmov küçəsi 66A ünvanında yerləşən 1 nömrəli Uşaq Evi-ni ziyarət edib.

Sözügedən uşaq evində 70-dən çox azyaşlı və məktəbli uşaqlar qalır.  Valideyin himayəsindən kənarda qalmış bu uşaqlar gələn qonaqları çox böyük maraqla qarşıladılar. Rabitəbank-ın əməkdaşları tərəfindən təqdim edilən məktəb ləvazimatları və film izləmək üçün xüsusi proyektor cihazı uşaqların sevinc və həyəcanına səbəb oldu. Daha sonra uşaqlar qonaqlar üçün hazırladığı səhnəcikləri, rəqsləri oynayıb, şeir və mahnı oxudular.

Beləcə, bank heyəti uşaq evinin kiçik sakinləri ilə maraqlı zaman keçirdilər. Sonda uşaqlarla birgə xatirə şəkili çəkildi.

Bu tip Korporativ Sosial Məhsuliyyət yönümlü tədbirlərin keçirilməsində əsas məqsəd cəmiyyətin diqqət və mənəvi qayğıya ehtiyyacı olan təbəqəsinə dəstək olmaq, onlardan diqqət və qayğını əsirgəməməkdir.

Qeyd edək ki, “Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Related posts

Məlumat Mərkəzinin idarə edilməsi üzrə Türkiyə təcrübəsi öyrənilmişdir

Ziraat Bank Azərbaycan”ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib

“Unibank Kommersiya Bankı” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı